...Yeni sərfəli qiymətə 2026 Toyota Land Cruiser FJ SUV böyük maraqla gözlənilir. Bazarın ən populyar seqmentində potensial bestsellerdir.
SİA-nın məlumatına görə, onun debütü yaxınlaşır.
Yeni Toyota Land Cruiser FJ-nin əsl hit olacağına şübhə yoxdur.
Bəzi saytlar avtomobil haqqında yeni detallar əldə ediblər. Onun 2026-cı ildə (Yaponiyada ilk dəfə) bazara çıxması planlaşdırıldığı bildirilir.
Bu o deməkdir ki, onun debütü 2025-ci ilin sonuna qədər baş tuta bilər.
Modelin adı ilə bağlı hələlik təsdiqlənmiş məlumat yoxdur, lakin istehsalçı artıq “Land Cruiser FJ” adını patentləşdirib. Təxminən 4,2 metr uzunluğunda olan yeni model ən azı 160 at gücü hasil edən 2,7 litrlik mühərrik və hibrid güc aqreqatı ilə təchiz edilə bilər.
Avtomobil təxminən 10 il əvvəl istehsalı dayandırılmış Toyota FJ Cruiser-in varisi olacaq. Toyota Land Cruiser FJ-nin təxmini qiyməti 25.000 dollardan başlayır.
Aydındır ki, Toyota Land Cruiser xəttini imic subbrendinə çevirmək istəyir, necə ki, Land Rover Range Rover modelləri ilə etdi – hər şey bir avtomobillə başladı, indi onlardan dördü var.
Nazlı Almuradova