...2026-cı ildən etibarən Avenger təkcə Avropada deyil, həm də Cənubi Amerikada istehsal olunacaq.
SİA-nın məlumatına görə, istehsal Citroën C3, C3 Aircross və Bazalt-ın artıq tikildiyi Braziliyanın Porto Real şəhərindəki Stellantis zavodunda başlayacaq.
Bu, Jeep üçün strateji addımdır, çünki Braziliya qitənin ən böyük avtomobil bazarı və kompakt krossover seqmentində rəqabət yaratmaq üçün əsas platformadır.
Brend artıq regionda Renegade, Compass və Commander modellərini istehsal edir.
Braziliya bazarı üçün şirkət adətən interyeri yenidən dizayn edir və mühərrik çeşidinə yeni güc aqreqatları əlavə edir.
Bu Avenger üçün də keçərlidir. Braziliyada krossover FlexFuel sistemi ilə mülayim hibrid güc aqreqatının bir hissəsi kimi 1,0 litrlik mühərriklə təchiz edilib ki, bu da avtomobilin təkcə benzinlə deyil, həm də etanol əsaslı qarışığı ilə işləməyə imkan verir.
Eyni sistem platforma paylaşan Peugeot 208 və 2008 modellərində quraşdırılıb.
Nazlı Almuradova