Ötən ay Bakı metrosu ilə 20 milyona yaxın sərnişin daşınıb

2 Oktyabr 2025 13:01 (UTC+04:00)

“AZCON holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sentyabr ayında 19 milyon 965 min 597 sərnişin daşıyıb. QSC-dən SİA-ya bildirilib ki, 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda interval 1 dəqiqə 45 saniyəyə endirilib.

Nəticədə, ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi də qeydə alınıb. Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabrda qeyd edilib – 891 856 nəfər.

Ən sakit gün isə 7 sentyabrda olub – 405 892 nəfər.