"Kəpəz"in baş məşqçisinin köməkçiləri bəlli olub

2 Oktyabr 2025 12:46 (UTC+04:00)

"Kəpəz" klubunda baş məşqçi Azər Bağırovun köməkçiləri müəyyənləşib. SİA xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, eləcə də 2023-cü ildən komandada çalışan Zaur Əsədov və ötən mövsüm kollektivə qoşulan Vüqar Məmmədov (qapıçı məşqçi) kömək edəcək.

Qeyd edək ki, "sarı-göylər" Azər Bağırovla mövsümün sonunadək müqavilə imzalayıb.