Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, t.ü.f.d., travmatoloq-ortoped Dr. Ramin Rzayev 2025-ci ilin sentyabr ayında Çin Xalq Respublikası, Pekin şəhərində Pekin Universitetinin III Klinik Xəstəxanasında keçirilən “İrəli Artroplastika” mövzusunda keçirilən seminarda təqdimatla çıxış edib. SİA xəbər verir ki, dr.Ramin Rzayev çıxışında bud-çanaq, diz oynaqlarının ciddi deformasiya ilə müşaiyət olunan osteoartrozlarında bilateral və unilateral hallarda artroplastika əməliyatlarının tək və yaxud iki etapda aparılmasına göstərişlər barədə, eləcə də əməliyyatlar zamanı implant seçimi ətraflı məlumat verib.
Dr.Ramin Rzayevin çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.