3 qumbara, 4 tüfəng, 3 patron darağı və 928 patron aşkar edilib - DİN

2 Oktyabr 2025 10:40 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 4 tüfəng, 3 patron darağı və 928 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.