III MDB Oyunlarında kamandan oxatma yarışlarına start verilib

2 Oktyabr 2025 10:13 (UTC+04:00)

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışlarına start verilib. SİA-ın bölgə müxbiri xəbər verir ki, Xankəndi şəhər stadionunda təşkil olunan yarışlarda 7 ölkədən 40 idmançı iştirak edir. Oxatma yarışlarında ölkəmiz 3 oğlan, 3 qız olmaqla, 6 idmançı ilə təmsil olunur.