"Qarabağ" "Kopenhagen"lə oyunda hesabı açıb - YENİLƏNİR-1

1 Oktyabr 2025 21:14 (UTC+04:00)

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununda hesab açılıb. SİA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 28-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir fərqlənib.

Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.