Yarımfinala yüksələn boksçumuz: Bugünkü döyüş çox çətin keçdi

1 Oktyabr 2025 18:03 (UTC+04:00)

Bugünkü döyüş mənim üçün çox çətin keçdi, amma qırğızıstanlı rəqibimlə axıra qədər mübarizə apardım və nəticədə yarımfinala yüksəldim.

SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının 1/4 final mərhələsində 52 kiloqram çəki dərəcəsində döyüşən boksçumuz Əli Abbaslı bildirib.

O, bu uğura nail olmasında məşqçilər heyətinin rolundan danışıb, finalda iştirak etmək arzusunu ifadə edib. Boksçu deyib ki, hər döyüş ona həm təcrübə qazandırır, həm də gələcək qələbələr üçün motivasiya verir.

Qeyd edək ki, III MDB Oyunlarına 13 ölkədən ümumilikdə 1624 idmançı qatılıb və yarışlar oktyabrın 8-də yekunlaşacaq. Bu oyunlar regional idmançıların bacarıqlarını nümayiş etdirməsi və dostluq əlaqələrinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.