"Moldova Dnestryanı ilə birlikdə Aİ-yə daxil ola bilər..."

1 Oktyabr 2025 18:24 (UTC+04:00)

Moldovanın Avropa Birliyinə daxil olması Dnestryanı ilə yanaşı baş tuta bilər. Halbuki seçkilərdə rusiyayönlü qüvvələr qalib gəlsəydi, inteqrasiya prosesi dayandırılacaqdı.

SİA-nın məlumatına görə, DiGi24 xəbər verir ki, bunu Rumıniya prezidenti Nikuzor Dan deyib.

Rumıniya liderinin sözlərinə görə, Rusiyayönlü qüvvələr qalib gəlsəydi nə baş verəcəyini nəzərə alsaq, Moldova Respublikasında seçkilər “məcburi” idi.

...Onda Gürcüstanda olduğu kimi, üzvlük prosesi dayandırılardı.

Nikusor Dan deyir ki, Dnestryanıdakı rus ordusu üçün qoşun və silahları dəyişmək çox çətindir, lakin Moskvaya sadiq partiyalar seçkilərdə qalib gəlsəydi, Dnestryanıdakı rus ordusu gücləndiriləcəkdi.

...Bütün bu ordu gücləndirilə bilərdi və Moldovaya, Ukraynaya, o cümlədən Rumıniyaya təhlükə yarada bilərdi. Hazırda Ukrayna və Moldova arasında texnika gətirilə bilməz, - Rumıniya prezidenti izah edib.
O, Moldovanın Aİ-yə daxil olması ilə bağlı texniki müzakirələrin bundan sonra aparılacağını açıqlayıb.

Əli Babayev