Mahaçqalada itkin düşən məktəbli axtarılır...

1 Oktyabr 2025 23:25 (UTC+04:00)

...14 yaşlı məktəbli Tamara Rəcəbova Dağıstanın paytaxtında itkin düşüb.

SİA-nın məlumatına görə, bu barədə Mash Gor Telegram kanalı məlumat yayıb.

Hicablı qız sonuncu dəfə naməlum kişi ilə görüntülənib və onun üzü müşahidə kameralarına düşüb.

Tamara Rəcəbova sentyabrın 27-də Mahaçqala şəhərinin Texniçeskaya küçəsindəki evindən çıxıb və bir daha geri qayıtmayıb.

Axtarış zamanı hüquq-mühafizə orqanları birində qızın şübhəli bir kişinin yanında olduğunu göstərən CCTV görüntülərinə baxıb.

Həmin şəxsin kimliyi hələ müəyyən edilməyib. Yeniyetmənin axtarışları davam etdirilir.

Nazlı Almuradova