"Liverpul" futbolçusuna yeni müqavilə təklif edib

1 Oktyabr 2025 17:08 (UTC+04:00)

İngiltərənin "Liverpul" klubu futbolçusu İbrahima Konateyə yeni müqavilə təklif edib. SİA xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.

Hazırda tərəflər arasında danışıqlar aparılır. Müdafiəçini heyətinə qatmaq istəyən İspaniya təmsilçisi "Real" prosesi izləyir.

Qeyd edək ki, İ.Konate 2025/2026 mövsümündə 9 matçda iştirak edib. Onun hazırkı sözləşməsi 2026-cı ilin yayınadək qüvvədədir.