Naxçıvanda yanğın nəticəsində 583 abonent qazsız qaldı

1 Oktyabr 2025 16:37 (UTC+04:00)

Naxçıvan şəhəri Tumbul kəndində həyətyanı sahədə baş vermiş yanğın nəticəsində aşağı təzyiqli yerüstü və yeraltı polietilen qaz kəməri zədələnib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisədən dərhal sonra təhlükəsizlik səbəbi ilə ərazidə 583 abonentin qaz təchizatı dayandırılıb. Bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır və tamamlandıqdan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisə nəticəsində xəsarət alan yoxdur.