Mərkəzi Bankın valyuta ehtiyatları 11,3 mlrd. dolları ötüb

1 Oktyabr 2025 16:12 (UTC+04:00)

Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları 11,3 mlrd. dolları ötüb. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bu il oktyabrın 1-nə AMB-nin valyuta ehtiyatları 0,3% artaraq 11,31 milyard ABŞ dolları təşkil edib.

Son bir ayda Mərkəzi Bankın valyuta ehtiyatları 0,5% artıb, son bir ildə isə 4,1% azalıb.