UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası ardıcıl ikinci oyunda uduzub

1 Oktyabr 2025 15:55 (UTC+04:00)

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında ikinci matçına çıxıb. SİA-nın məlumatına görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv bu gün Bakıda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gəlib.

"Azərsun Arena"da gerçəkləşən qarşılaşma qonaqların qələbəsi ilə bitib - 5:0.

Qeyd edək ki, U-19 I turda səfərdə Portuqaliyanın "Benfika" komandasına 1:7 hesabı ilə uduzub. "Kopenhagen" isə evdə Almaniya təmsilçisi "Bayer 04"ə məğlub olub - 0:2.