Haaland sevgilisi ilə belə tanış olub

1 Oktyabr 2025 15:38 (UTC+04:00)

"Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlinq Haaland maraqlı açıqlama verib. SİA xəbər verir ki, o, sevgilisi İzabel Yohansenlə necə tanış olduqları haqda danışıb: "İzabel mənə mesaj yazdı. O da mənim kimi "Bryune" klubunda oynayırdı. Diqqəti mən ona yox, o mənə yetirdi.

Romantik şam yeməkləri və axşamlar? Belə şeylər olmur. Mən yemək bişirirəm. Bunu eşitmək ona bir az qəribə gələ bilər, amma o, videooyunları sevir.

Ona görə də biz birlikdə "Minecraft" oynayırıq. Ev tikirik və başqa şeylər. Ya da Bryuneyə qayıdıb kabab sifariş edirik".