YAP Səbail rayon təşkilatında “5 oktyabr – Müəllimlər Günü” münasibətilə tədbir keçirilir – YENİLƏNİR/FOTOLAR

1 Oktyabr 2025 14:05 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının “5 oktyabr – Müəllimlər Günü” münasibətilə tədbiri keçirilir. SİA xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Novruz Quliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanov və Səbail rayon 6 saylı məktəbin müdiri Gülşən Orucova iştirak edirlər.