Azərbaycanın futbol millisi III MDB Oyunlarında finala yüksəlib - FOTOLAR

1 Oktyabr 2025 13:57 (UTC+04:00)

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib. SİA xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu yığma A qrupunda Qırğızıstanla qarşılaşıb. Görüş millimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandanın heyətində qollara 53-cü dəqiqədə Tunar Bayramov, 70 və 75-ci dəqiqələrdə Əli Bəşirov, 79-cu dəqiqədə Roman Fərzəli imza atıb. Bu nəticə ilə xallarını 6-ya çatdıran Azərbaycan yığması adını finala yazdırıb.

U-16 həlledici oyunda Rusiya - Özbəkistan cütünün qalibi ilə qarşılaşacaq.