Azərbaycan və Türkiyə mərkəzi bankları arasında qlobal və regional iqtisadi trendlər müzakirə edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsi hesabında yazıb.
"İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı - İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (OIC-COMCEC) Mərkəzi Banklarının 7-ci Forumunda iştirak zamanı Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahanla görüşməkdən məmnunluq duyduq.
Görüş zamanı qlobal və regional iqtisadi trendlər, maliyyə sabitliyi, həmçinin pul-kredit siyasəti barədə geniş fikir mübadiləsi apardıq. Qardaş ölkələrimiz arasında mövcud sosial-iqtisadi əlaqələrin səviyyəsindən məmnunluğumuzu ifadə etdik. Eyni zamanda, qurumlarımız arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini bir daha vurğuladıq.
Forumun təşkilatçılığı və ikitərəfli görüş üçün F. Karahana təşəkkür edir, fəaliyyətində uğurlar arzulayırıq", - T.Kazımov qeyd edib.