III MDB Oyunlarında batut gimnastikası üzrə yarışlar başlayıb - FOTO

1 Oktyabr 2025 12:19 (UTC+04:00)

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının proqramına uyğun olaraq, bu gün Şəki şəhərində batut gimnastikası üzrə yarışlara start verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 7 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan) 45 idmançı mübarizə aparır.

Yarışın ilk günündə qadın və kişi gimnastlar təsnifat mərhələsində çıxış edirlər. İdmançılar fərdi proqramda bacarıqlarını nümayiş etdirirər.

Batut gimnastikası üzrə yarışlara oktyabrın 3-də yekun vurulacaq.