Azərbaycanın badminton millisi III MDB Oyunlarında növbəti oyununu keçirib

1 Oktyabr 2025 11:24 (UTC+04:00)

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton yarışları davam edir. SİA xəbər verir ki, Azərbaycan millisi B qrupunda qarışıq komanda yarışlarında Belarusla qarşılaşıb.

Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ötən gün A qrupunda Tacikistana 5:0 hesabı ilə qalib gələn yığmamız yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.