III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək avarçəkmə yarışlarında təhlükəsizliyin yüksək səviyyədə təmin olunması məqsədilə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Kür çayında gücləndirilmiş xidmət təşkil olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xidmətə əlavə katerlər və canlı qüvvə cəlb edilib.
“Polis əməkdaşları su hövzəsində ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər”, - deyə məlumatda bildirilir.