Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 pulemyot, 5 tapança, 31 tüfəng, 15 patron darağı və müxtəlif çaplı 2 min 91 ədəd patron aşkar edərək götürüblər. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.