Yekaterinburuqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı Azərbaycanda da araşdırma gedir - Kamran Əliyev

1 Oktyabr 2025 10:11 (UTC+04:00)

Yekaterinburuqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı Azərbaycan Respublikası Prokurorluğunda da araşdırma aparılır. SİA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib.

O bildirib ki, bu faktlar - zor tətbiq edilməsi, işgəncə verilməsi ilə bağlı ayrıca olaraq Rusiyada da istintaq aparılır: "Bu işin də məntiqli nəticəsi olacağına inanıram".