AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq davam edir - Baş Prokuror

1 Oktyabr 2025 10:09 (UTC+04:00)

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı başlanılan istintaq davam edir. SİA-nın xəbərinə görə, bunu Baş Prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib.

O, qeyd edib ki, bu məsələdə həm Azərbaycan, həm Rusiya, həm də Qazaxıstanla əməkdaşlıq edirik: "Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq".