FHN Naxçıvanda fövqəladə hallar zamanı davranış qaydaları üzrə təlim keçirib - FOTOLAR

1 Oktyabr 2025 09:44 (UTC+04:00)

“REGES” Tikinti Materialları MMC-də fövqəladə hallar zamanı davranış qaydaları üzrə təlim keçirilib. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “REGES” Tikinti Materialları Məhdud Məsuliyyətli Cəmiyyətində “Təhlükə potensiallı obyektlərdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar zamanı davranış və yanğınsöndürmə işinin təşkili qaydaları” mövzusunda seminar-müşavirə və məşğələ keçirilib.

Tədbir nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Nəzəri hissədə çıxış edənlər tədbirin keçirilməsinin məqsədi və əhəmiyyətindən danışıblar, fövqəladə hadisələr və onların qarşının alınması məqsədilə görüləcək tədbirlərdən bəhs edilib.

Eləcə də, yaradılan könüllü yanğın dəstələri və komandalarının fəaliyyəti, onların vəzifələri, qarşılıqlı əlaqədə yanğınsöndürmə və xilasetmə işlərinin həyata keçirilməsində fəaliyyətin əlaqələndirilməsi, Fövqəladə Hallar Nazirliyinin 101 və 112 qaynar telefon xətləri ilə dayanıqlı rabitə əlaqəsinin yaradılması barədə məlumatlar diqqətə çatdırılıb.

Praktiki hissədə “REGES” Tikinti Materialları MMC-nin könüllü yanğın dəstələri və komandalarının fövqəladə hadisələr zamanı fəaliyyəti, eləcə də Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri ilə birgə müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, “zərəçəkmişlərin xilas edilməsi” əməliyyatları yerinə yetirilib.

Uğurla başa çatan tədbirdə qarşıya qoyulan məqsədlərə nail olunub.