Arpaçay İdman Birliyi tədbir keçirib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov tədbiri açıq elan edərək, qurumun 10 illik fəaliyyətinə nəzər salıb. O, görülən işlər və əldə olunan uğurlar barədə geniş məlumat verib, birliyin gələcək hədəflərini diqqətə çatdırıb. İclasda idarə heyətinin üzvləri ilə yanaşı, ölkəmizi beynəlxalq arenada uğurla təmsil etmiş dünya şöhrətli idmançılar da fəxri qonaq qismində iştirak ediblər.
Tədbirdə həmçinin Zeyd Döyüş Mərkəzinin yeni rəhbəri rəsmi şəkildə təqdim olunub. ZFC-nin prezidenti Emin Əliyev 1-ci vitse prezidenti Tural İsayev 2-ci vitse-Prezidenti İbrahim Məmmədov Rövşən Qənbərov isə müşavir təyin olunublar Arpaçay İdman Birliyinin vitse-prezidenti Cavid Əliyev isə birliyə yeni qoşulan Budokan Şərq Əlbəyaxa idman mərkəzinin direktor müavini Əməkdar məşqçi Rafael Məmmədov Sumqayıt üzrə, Kamran Rəsulov isə Ağdaş rayonu üzrə təqdim edərək, birlik çərçivəsində idmanın daha geniş vüsət alacağına inamını ifadə edib. Sonda vurğulanıb ki, Arpaçay İdman Birliyi bundan sonra da Azərbaycan idmanının inkişafı, gənc nəslin sağlam ruhda böyüməsi və ölkəmizin idman şöhrətinin daha da yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Mətləb Salahov