"Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır"

30 Sentyabr 2025 20:02 (UTC+04:00)

Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır.

SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşdə söyləyib.

Dövlətimizin başçısı bildirib: “Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır”.