Çərşənbə axşamı, sentyabrın 30-da Çexiya hökuməti Praqadan milli akkreditasiyası olmayan rus diplomatları və xidməti pasport sahiblərinin ölkəyə girişini qadağan etmək qərarına gəlib.
SİA-nın məlumatına görə, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.
Lipavski qərarın təşəbbüskarı olduğunu bildirib.
...Bu gün hökumət Rusiya diplomatlarının və Çexiyadan milli akkreditasiyası olmayan xidməti pasport sahiblərinin Çexiyaya girişinə qadağa qoyub. Bu tədbir beynəlxalq hava limanlarında tətbiq olunur, - o yazıb.
O, həmçinin təxribat əməliyyatlarının sayının artdığını və “diplomatik pərdə altındakı agentlərə görə risk etməyəcəyimizi” vurğulayıb.
...Biz digər ölkələr üçün nümunə göstəririk və mən Şengen zonasında ən sərt tədbirlərin görülməsinə davam edəcəyəm. Biz Çexiyanı qoruyacağıq, - o əlavə edib.
Əli Babayev