“Prezidentin çıxışı eyni zamanda dezinformasiyaya qarşı ciddi bir cavab idi” - ŞƏRH EDİLDİ

30 Sentyabr 2025 17:09 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasındakı çıxışı, doğrudan da Azərbaycan diplomatiyasının zirvə anlarından biri kimi dəyərləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu nitq həm Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə bir daha çatdırmaq, həm də dövlətimizin siyasi iradəsini və qətiyyətini nümayiş etdirmək baxımından olduqca mühüm idi: “Cənab Prezident İlham Əliyev çıxışında Ermənistanın təxribatçı siyasətini konkret faktlarla ifşa etdi və Azərbaycanın beynəlxalq hüquqa uyğun davranışını vurğuladı. Sülh çağırışlarını və sülh gündəliyini bir daha gündəmə gətirdi. Çıxış zamanı Azərbaycanın güclənən mövqeyini, regionda və dünyada artan rolunu nümayiş etdirdi. Bu çıxış, eyni zamanda, dezinformasiyaya qarşı ciddi bir cavab idi. Anti-Azərbaycan qüvvələrinin yalan təbliğatına qarşı tutarlı arqumentlər və prinsipial mövqe ilə çıxış etmək, Azərbaycanın öz haqq səsini dünyaya çatdırmaq bacarığının göstəricisidir. Bəli, bu nitq Azərbaycanın müstəqillik tarixində qızıl hərflərlə yazılacaq və gələcək nəsillərə nümunə olacaq bir çıxışdır”.