...Rusiya Milli Qvardiyasının polkovnik-leytenantı və daha iki hərbçisi Rusiya ərazisindəki Stavropol diyarında öldürülüb.
SİA xəbər verir ki, bu barədə çərşənbə axşamı, sentyabrın 30-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR MO) məlumat verib.
...Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Qafqaz Azadlıq Hərəkatının dəstəyi ilə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində işğalçı dövlətin ərazisində, Stavropol diyarının Tambukan kəndi yaxınlığında üç “Rosqvardiya” hərbçisi öldürülüb.
Bu, yayımlanan videonun təsvirində deyilir.
Kəşfiyyat qurumu əməliyyatın sentyabrın 27-də baş verdiyinə aydınlıq gətirib.
...Düşmənin xüsusi təyinatlı “Avanqard” bölməsinin bir qrupuna rəhbərlik edən Rusiya Milli Qvardiyasının polkovnik-leytenantı, rus yaraqlılarının liderinin köməkçisi və sürücüsü də öldürülüb.
Ukrayna Baş Kəşfiyyat İdarəsi qrupun təlim poliqonuna gəldiyini bildirilib.
Əli Babayev