Adil Kərimli iranlı həmkarı ilə kino istehsalında əməkdaşlığı müzakirə edib - FOTO

30 Sentyabr 2025 17:01 (UTC+04:00)

İspaniyanın Barselona şəhərində keçirilən UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı çərçivəsində Azərbaycan mədəniyyət naziri Adil Kərimlinin İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Abbas Saleh Şəriəti ilə görüşü olub. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı Azərbaycan ilə İran arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, xüsusilə, beynəlxalq mədəniyyət layihələrində iştirak, kino istehsalı sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.