Prezident İlham Əliyev Anar İsmayılova general-mayor rütbəsi verib

30 Sentyabr 2025 16:50 (UTC+04:00)

Prezident İlham Əliyev Anar İsmayılova general-mayor hərbi rütbəsinin verilməsi barədə Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Polkovnik Anar Müslüm oğlu İsmayılova "general-mayor" ali hərbi rütbəsi verilsin".