PSJ-də ciddi itki

30 Sentyabr 2025 16:23 (UTC+04:00)

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının 2-ci turunda "Barselona"ya qarşı oyunu buraxacaq. SİA xəbər verir ki, onun adı matçın iştirak ərizəsinə daxil edilməyib. Gürcü futbolçu oktyabrın 1-də Barselonadakı "Olimpik Lluís Companys" stadionunda keçiriləcək görüşü buraxacaq.

Xviça Kvaratsxeliya Fransa Liqa 1-in 6-cı turunda PSJ-nin "Oser" üzərində (2:0) qələbə qazandığı matçda zədələnib. Gürcü hücumçu oyunun fasiləsində əvəzlənib.

Parislilər kapitan Markinyosu, eləcə də hücumçular Usman Dembeleni və Dezire Dueni zədə səbəbindən itiriblər.