“Fəsillərin dəyişməsi, xüsusilə də payızdan qışa keçid dövrü insan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Bu aylarda havaların soyuması, rütubətin artması və günəş işığının azalması ilə birlikdə orqanizmdə baş verən bioloji dəyişikliklər immun sisteminin zəifləməsinə səbəb ola bilər. Belə zəiflik isə virus və bakteriyalara qarşı bədənin müdafiəsini azaldır və tez-tez xəstələnmə hallarına gətirib çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.
O bildirib ki, immun sistemi bədənin xarici düşmənlərə (virus, bakteri, göbələk və s.) qarşı müdafiə mexanizmi olan kompleks bir sistemdir: “Bu sistemin əsas komponentləri: Zəif immun sistemi orqanizmin infeksiyalara qarşı müdafiəsini çətinləşdirir və sağalma müddətini uzada bilər.
Payız-qış aylarında immunitetin zəifləməsinin səbəbləri günəş işığının azalması və “D” vitamini çatışmazlığı,soyuq hava və qan dövranının zəifləməsi, bağlı məkanlarda uzun müddət qalmaq, düzgün olmayan qidalanma, fiziki aktivliyin azalması,uzunmüddətli stress və yuxusuzluqdur. İmmuniteti gücləndirməyin təbii yolları balanslaşdırılmış qidalanma, maye qəbul etmək, keyfiyyətli və yetərli yuxu, stressdən uzaq durmaq, təmiz havada gəzinti və günəş şüası qəbul etməkdir.
Qış aylarında bədən müəyyən vitaminlərə daha çox ehtiyac duyur. Bunlardan:
Vitamin C (ən çox portağal, sitrus meyvələri, limon, kivi, bibər, brokkoli tərkibində olur) – iltihab və infeksiyalara qarşı qoruyur, bərpaedici təsirlidir. Vitamin D ( Günəş şüası, yumurta sarısı, balıq tərkibində olur) – ağ qan hüceyrəlrinin aktivliyini artırır, immun hüseyrələri dəstəkləyir. Vitamin A (Kök, balqabaq, yumurta, qaraciyər) - Selikli qişaları qoruyur, immun hüceyrələri dəstəkləyir. Vitamin E (Badam, fındıq, günəbaxan tumu, ispanaq) - Hüceyrələri zədələnmədən qoruyur, antioksidant təsir göstərir. B6 və B12 vitaminləri (Ət, balıq, süd məhsulları, paxlalılar) - hüceyrələri zədələnmədən qoruyur, antioksidant təsir göstərir
Vitaminlər faydalı olsa da, onların özbaşına, xüsusilə də uzun müddətli və yüksək dozada qəbulu orqanizm üçün zərərli ola bilər. Yağda həll olan vitaminlər (A, D, E, K) bədəndə yığıla və toksik təsir göstərə bilər. Buna görə də, vitamin və mineral əlavələrinə başlamazdan əvvəl:Qan analizləri vermək,həkimlə məsləhətləşmək və ən əsası qidalanmanı qiymətləndirmək tövsiyə olunur.Soyuq havalarda immun sisteminin zəifləməsi normaldır, lakin bunun qarşısını almaq üçün düzgün həyat tərzi, balanslı qidalanma və zəruri hallarda vitamin dəstəyi ilə bədəni gücləndirmək mümkündür. Əsas məsələ bunu düşünülmüş şəkildə, orqanizmin real ehtiyaclarına əsaslanaraq etməkdir”.