Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışları davam edir. SİA-nın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın çövkən üzrə millisi II turda Küveyt komandası ilə qarşılaşıb.
Start fitindən əvvəl Azərbaycan və Küveytin Dövlət himnləri səsləndirilib. Maraqlı keçən oyun Azərbaycan komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər qarşılaşmada isə Özbəkistan yığması Türkiyə millisinə 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 6 ölkənin komandasının iştirak etdiyi çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.