...Massaçusets Texnologiya İnstitutunun (MIT) geokimyaçıları qədim qayalarda dəniz süngərlərinin əcdadlarının yer üzündəki ilk heyvanlar arasında ola biləcəyinə dair yeni dəlillər aşkar ediblər.
SİA-nın məlumatına görə, tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.
Mütəxəssislər, 541 milyon ildən çox yaşı olan çöküntü süxurlarında kimyəvi fosillər - Prekembri dövründən qorunmuş biomolekulların izləri - müəyyən etdilər.
Bunlar heyvan hüceyrə membranlarında olan sterolların (xolesterol daxil olmaqla) sabit törəmələri olan xüsusi steran növləridir.
Tədqiqat göstərdi ki, bu birləşmələr mənşəcə biolojidir və Demospongia sinfinə aid müasir dəniz süngərləri üçün xarakterik olan molekullara uyğun gəlir.
Bu süngərlər silisli biroxlu tikanlardan və spongin adlı üzvi maddədən və ya tək süngər liflərindən ibarət skelet ilə xarakterizə olunur.
Skelet, bədəni dəstəkləyən torşəkilli və ya daha az yaygın olaraq ağaca bənzər bir quruluş meydana gətirir.
Alimlər Oman, Hindistan və Sibirdən götürülmüş qaya nümunələrini təhlil edərək iki növ sterol izi aşkar etdilər - C30 və daha nadir olan C31.
Müasir süngərlərlə müqayisələr, həmçinin laboratoriya sintezi və geoloji proseslərin modelləşdirilməsi belə birləşmələrin yalnız canlı orqanizmlərdə əmələ gələ biləcəyini təsdiqlədi.
…Biz bu canlıların necə göründüyünü dəqiq bilmirik, lakin hər şey onların yumşaq bədənli, skeletsiz dəniz orqanizmləri olduğuna işarə edir.
Bunu MIT-nin geobiologiya professoru, tədqiqat müəllifi Rocer Summons deyib.
Nəticələr süngərlərin "Kembri partlayışından" çox əvvəl - təxminən 540 milyon il əvvəl həyatın müxtəlifliyindəki dramatik artımdan əvvəl meydana gəldiyi fərziyyəsini dəstəkləyir.
Komanda indi oxşar molekulyar izlərin axtarışını davam etdirməyi planlaşdırır.
Nazlı Almuradova