Milli Məclis Kiqali Düzəlişini təsdiqləyib

30 Sentyabr 2025 12:43 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.