Ötən gün 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

30 Sentyabr 2025 11:09 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 29-da ümumi çəkisi 32,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 27,2 kiloqrama yaxın marixuana, 4 kiloqramdan artıq həşiş və 1,3 kiloqramdan çox tiryək olub.

Məlumatda bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi vurğulanıb.