Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

30 Sentyabr 2025 10:52 (UTC+04:00)

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə SİA-nın yerli bürosuna "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, şəhərin Ceyranbatan bağları ərazisindən keçən 76 millimetrlik qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən 1200 abonentin qaz təminatı müvəqqəti dayandırılacaq.

Qazın verilməsi qəza-bərpa işləri başa çatdıqdan sonra bərpa olunacaq.