“Azərbaycanın media sahəsində əldə etdiyi təcrübəni öyrənmək vacibdir. Azərbaycan bu sahədə çox fəal şəkildə inkişaf edir. Düzdür, bu təcrübə asan şəkildə əldə edilməyib, Azərbaycan çətin dövrlərdən keçib. Amma buna baxmayaraq media həmin dövrlərdən günümüzə qədər o qədər inkişaf edib ki, hazırda sizin təcrübəniz bizdə yoxdur”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov deyib.
O bildirib ki, ikitərəfli əməkdaşlıqdan danışırıqsa, o zaman birgə layihələrin hazırlanması və qarşılıqlı inkişaf mühüm əhəmiyyət daşıyır. Xüsusilə kadrların hazırlanması baxımından əldə edilən təcrübəni öyrənmək vacibdir. Eyni zamanda müxtəlif sahələr üzrə xalqlarımızın ərsəyə gətirdiyi irsə baxdıqda görürük ki, üstüörtülü olan məlumat xəzinəsi çoxdur. Məhz bu istiqamətdə birgə layihələrə ehtiyac duyulur”.