Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi keçirilir. SİA xəbər verir ki, forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş videoçarxla başlayıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov forum iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatmışdır.
Forum “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” və “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzularında panel sessiyalarla davam edəcək.