Lökbatanda qəza olub, iki nəfər ölüb

30 Sentyabr 2025 09:08 (UTC+04:00)

Lökbatanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb. SİA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi ərazisində “Abşeron” ticarət mərkəzinin qarşısında baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Elməddin Abbasov, 1996-cı il təvəllüdlü Elxan Sadıxov idarə etdikləri avtomobillərin iştirakı qəza baş verib. Hadisə

nəticəsində Elməddin Abbasov və sərnişin 1978-ci il təvəllüdlü Aynurə Xankişiyeva xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Fakta bağlı cinayət işi başlanılıb.