Niderland gəmisi raketlə vuruldu

30 Sentyabr 2025 08:05 (UTC+04:00)

Niderland bayrağı altında üzən “Minervagracht” adlı yük gəmisi Ədən körfəzində hücuma məruz qalıb. SİA xəbər verir ki, bu barədə "Assoşeyted Press" məlumat yayıb. Məlumata görə, husilər gəmiyə raketlə zərbə endirib. Zərbədən sonra gəmidə böyük yanğın başlayıb. Ölən və yaralananlar barədə məlumat verilməyib.