Valensiyada qırmızı xəbərdarlıq elan edildi

30 Sentyabr 2025 07:10 (UTC+04:00)

Valensiya hakimiyyəti yaxınlaşan Qabriel qasırğası ərəfəsində qırmızı xəbərdarlıq elan edib. SİA xəbər verir ki, bu haqda BBC məlumat yayıb. “Qabriel qasırğasının yaxınlaşması ilə əlaqədar bölgə üçün qırmızı həyəcan siqnalı verilib” , - məlumatda deyilir.

Nəşrin məlumatına görə, İspaniyanın Valensiya və Saraqosa şəhərlərinin bir hissəsi su altında qalıb. Bu gün Valensiya hakimiyyəti məktəbləri, kitabxanaları və parkları bağlamaq qərarına gəlib.