Messi Yamala səs verib

30 Sentyabr 2025 04:35 (UTC+04:00)

“İnter Mayami”nin hücumçusu Lionel Messi “Raymond Kopa Trophy” (21 yaşadək ən yaxşı gənc oyunçu) mükafatının səsverməsində “Barselona”nın hücumçusu Lamin Yamalı seçib.

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo səsvermədə bitərəf qalıb. SİA xəbər verir ki, bu barədə “Sports Illustrated” məlumat yayıb.

“Qızıl top”dan fərqli olaraq, “Kopa” kubokunun qalibi jurnalistlər tərəfindən deyil, keçmiş “Qızıl top” sahibləri tərəfindən seçilir – bu il səsvermədə 27 oyunçu iştirak edib. Messi, Modriç, Zidan, Benzema və Kaka da daxil olmaqla seçicilərin böyük əksəriyyəti “Barselona”nın oyunçusunu birinci yerə qoyub.

Yamal yox, Desire Dueni seçənlər Roberto Baccio, Ruud Qullit və Pavel Nedved olub.