Məşhur müğənni və qızı koronavirusa yoluxdu

30 Sentyabr 2025 06:51 (UTC+04:00)

Rusiyalı məşhur müğənni Slava və qızı Antoninanın koronavirus testi müsbət çıxıb. SİA xəbər verir ki, bu barədə, ifaçı özünün "Instagram" hesabında məlumat yayıb.

O, koronavirus pandemiyasından beş il sonra COVID-19-a yoluxmasına təəccüblənib.

“Beş gün körpəmlə yataqda yatacağam, seriallara baxacağam və dərman qəbul edəcəyəm”, - deyə sənətçi bildirib.

Müğənninin sözlərinə görə, o və qızı koronavirusa Türkiyədə yoluxub.

Səhhətində yaranan problemlərə görə, Slava verilişlərdə çıxışını ləğv etmək məcburiyyətində qalıb.