Azərbaycanın voleybol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb

29 Sentyabr 2025 20:27 (UTC+04:00)

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışlarına start verilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən görüşlərdə qızlardan ibarət Azərbaycan millisi də ilk sınağına çıxıb.

A qrupunda yer alan yığma Tacikistanla qarşılaşıb. Görüş millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda növbəti görüşünü oktyabrın 3-də Özbəkistan seçməsinə qarşı keçirəcək.