Azərbaycanın sambo komandası yarışı 8 medalla başa vurub

29 Sentyabr 2025 20:19 (UTC+04:00)

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışları başa çatıb.

SİA xəbər verir ki, yarışlar Göygöl Olimpiya İdman Kompleksində təşkil olunub.

Səkkiz idmançımız fəxri kürsüyə yüksəlib.

Azərbaycan təmsilçilərindən Abdullətif Musayev (53 kiloqram), Nihad Rəhimov (64 kiloqram) qızıl, Əbubəkir Hüseynov (98 kiloqram), Rəsul Səmədli (+98 kiloqram), Rüstəm Qasımzadə (58 kiloqram) gümüş, Sadiq Nadirov (79 kiloqram), Mikayıl Əmirov (71 kiloqram ) və Xəzər Əmrahlı (88 kiloqram) isə

bürünc medal qazanıblar.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.