Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, rəhbərlik etdiyi partiya 2026-cı ildə keçiriləcək parlament seçkilərində növbəti dəfə qələbə qazanacaq. O, buna əmin olduğunu bildirib.
SİA xəbər verir ki, Nikol Paşinyan bu barədə Strasburqda jurnalistlərə açıqlamasında bildirib.
“Dediklərimi sözgəlişi demirəm. Tam əminəm ki, 2026-cı il parlament seçkilərində xalq Ermənistanı idarə etmək üçün bizə verilən mandatı uzadacaq. Çünki bizim həyata keçirdiyimiz sülh gündəliyinin və siyasətin müəllifləri xalqdır”, - deyə Baş nazir vurğulayıb.